...

“Rusiya-Azərbaycan Dialoqu 2012” üçüncü Rusiya-Azərbaycan regionlararası forumu öz işinə başlayıb (FOTO)

Cəmiyyət Materials 28 İyun 2012 10:36 (UTC +04:00)
Bakıda cümə axşamı "Rusiya-Azərbaycan Dialoqu 2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu öz işinə başlayıb.
“Rusiya-Azərbaycan Dialoqu 2012” üçüncü Rusiya-Azərbaycan regionlararası forumu öz işinə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda cümə axşamı "Rusiya-Azərbaycan Dialoqu 2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu öz işinə başlayıb.

Trend-in məlumatına görə, forumun açılışında çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, forum çərçivəsində səsləndiriləcək təkliflər iki ölkə arasında sosial-iqtisadi əlaqələrin inkişaf etdirilməsinə səbəb olacaq.

"Hər forum Azərbaycan və Rusiya arasında strateji əlaqələri yeni səviyyəyə yüksəldir", - o deyib.

Səmədzadə bildirib ki, forumda qloballaşan dünyada hər bir ölkə üçün fundamental əhəmiyyət kəsb edən məsələlər müzakirə ediləcək.

"Forumda regionlararası əməkdaşlıq, bank siyasəti, pul-kredit siyasəti, investisiya siyasəti, humanitar sahədə əməkdaşlığın hazırkı səviyyəsi və inkişafı perspektivləri müzakirə mövzusu olacaq", - o deyib.

Forumun açılışında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Xəbər lenti

Xəbər lenti