...

Azərbaycanda istirahət mərkəzlərinə göndəriş alacaq vətəndaşların sayı artacaq

Cəmiyyət Materials 31 İyul 2012 11:22 (UTC +04:00)
Bu il ötən illə müqayisədə Azərbaycanda 15 min nəfər çox vətəndaş istirahət mərkəzlərinə göndəriş alacaq.
Azərbaycanda istirahət mərkəzlərinə göndəriş alacaq vətəndaşların sayı artacaq

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir M.Əliyev/

Bu il ötən illə müqayisədə Azərbaycanda 15 min nəfər çox vətəndaş istirahət mərkəzlərinə göndəriş alacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib.

O qeyd edib ki, bu, AHİK-ə daxil olan özəl qurumlardan gələn vəsait hesabına həyata keçirilir.

"Yay vaxtı ən çox ərizə və şikayətlərlə müəllimlər müraciət edir. Onları da başa düşmək olar, çünki müəllimlərin istirahət etmək üçün vaxt imkanları yay aylarına düşür. Çalışırıq iyul-avqust aylarında müəllimləri göndərişlərlə təmin edək", - Mehbalıyev əlavə edib.

Onun sözlərinə görə, son 3 ildə əvvəlki illərə nisbətən müəllimlərə 3-4 dəfə artıq göndəriş təqdim olunub.

"Konfederasiyanın 1,5 milyondan çox üzvü var və hamını da eyni vaxtda istirahətə göndərmək olmur. Bu səbəbdən biz növbəlilik prinsipini əsas götürürük", - AHİK sədri əlavə edib.

Mehbalıyev deyib ki, bu il nəzərdə tutulan 60 minə yaxın göndərişdən artıq təxminən 50 mini təqdim olunub.

Xəbər lenti

Xəbər lenti