...

Gənclər Fondundan qrant alan layihələrin icrasına başlanılır

Cəmiyyət Materials 6 Avqust 2012 10:32 (UTC +04:00)
Gənclər Fondu ilk qrant müsabiqəsini 8 iyun 2012-ci il tarixində elan etmiş və layihələrin qəbulu 15 iyul 2012-ci il tarixində dayandırılmışdır.
Gənclər Fondundan qrant alan layihələrin icrasına başlanılır

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Gənclər Fondu ilk qrant müsabiqəsini 8 iyun 2012-ci il tarixində elan etmiş və layihələrin qəbulu 15 iyul 2012-ci il tarixində dayandırılmışdır.

Fondun saytında qeydiyyatdan keçmiş 172 təşkilat və 83 fərdi şəxsdən, 15 iyul tarixinədək A kateqoriyası - yerli layihələr üzrə 127, B (beynəxalq layihələr) və C (yaradıcı gənclərə dəstək layihələr) kateqoriyaları üzrə hər birinə 19 layihə təqdim olunmuşdur. D kateqoriyası üzrə isə 12 müraciət gəlmişdir. Sonuncu E kateqoriyası ilə çoxsayda xarici vətəndaşlar və təşkilatlar maraqlanmış, lakin hələ rəsmi müraciət olmamışdır. Fonda daxil olunan bütün layihələrə Fondun Müşahidə Şurası tərəfindən baxılmış və Şuranın qərarına əsasən A kateqoriyası üzrə 127 layihədən 104 layihə, B kateqoriyası üzrə 16 layihə, C kateqoriyası üzrə isə 9 layihə seçilmişdir.

Hal-hazırda qalib layihələrə ayrılan büdcələrin təmin olunması prosesi həyata keçirilir. Bugündən etibarən qrant alan təşkilatlarla Fond arasında maliyyə dəstəyinin göstərilməsi haqqında müqavilələr imzalanmağa başlanılır. Müşahidə Şurasının qərarı ilə qrant alan təşkilatlar layihələrin icrasına başlayırlar. Müsabiqədə qalib olan layihələr olduqca maraqlı və gənclər üçün faydalı layihələrdir. Layihələrin icrasına start verildiyi gündən etibarən mediadan və saytımızdan mütəmadi olaraq yenilikləri izləyə biləcəksiniz.

Xəbər lenti

Xəbər lenti