...

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 105 890 nəfərə yüksəlib

Cəmiyyət Materials 17 Oktyabr 2012 12:04 (UTC +04:00)
DSMF-dən Trend-ə verilən məlumata görə, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanlardan 56,3 faizini kişilər, 43,7 faizini isə qadınlar təşkil edir.
Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 105 890 nəfərə yüksəlib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

2012-ci il oktyabrın 1-i tarixinə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 6,6 faiz artıb. Belə ki, bu ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 139 036 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 105 890 nəfərə yüksəlib.

DSMF-dən Trend-ə verilən məlumata görə, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanlardan 56,3 faizini kişilər, 43,7 faizini isə qadınlar təşkil edir.

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 20,7 faizini 30 yaşa kimi vətəndaşlar, 23,4 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 23,5 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 21,8 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,6 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti