...

Tarix İnstitutu "Möhtəşəm yüz il" serialında Azərbaycan tarixinin təhrif olunmasına etiraz edir

Cəmiyyət Materials 23 Oktyabr 2012 16:06 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Türkiyənin bir çox ölkələrdə böyük maraqla izlənilən və tarixi faktlar əsasında çəkildiyi bildirilən "Möhtəşəm yüz il" serialının ssenarisindən narazılıq edib və bu filmi türk tarixi üçün "zəhərli film" adlandırıb.
Tarix İnstitutu "Möhtəşəm yüz il" serialında Azərbaycan tarixinin təhrif olunmasına etiraz edir

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Türkiyənin bir çox ölkələrdə böyük maraqla izlənilən və tarixi faktlar əsasında çəkildiyi bildirilən "Möhtəşəm yüz il" serialının ssenarisindən narazılıq edib və bu filmi türk tarixi üçün "zəhərli film" adlandırıb.

İnstitutun direktoru Yaqub Mahmudov çərşənbə axşamı Trend-ə bildirib ki, serialda Azərbaycan tarixi ilə məqamlar düzgün təqdim olunmayıb.

Tarixçi deyib ki, serialda Osmanlı imperiyasının Səfəvilər dövləti ilə olan münasibətləri düşmən münasibəti kimi verilir.

"Bu, qətiyyən doğru deyil. Şah Təhmasib də oarda son dərəcə aciz, təhqiramiz bir vəziyyətdə təqdim olunur. Şah Təhmasib Azərbaycan xalqının tarixində Səfəvi hökmdarları arasında xüsusi rolu olan, türk dünyasında böyük müharibələri aradan qaldırmağa çalışan qüdrətli bir hökmdardır. Bu cür qiymətləndirmələr həm Türkiyə, həm də Azərbaycan xalqının tarixini təhrif etmək deməkdir", - Mahmudov deyib.

O bildirib ki, Sultan Süleyman Osmanlı imperiyasının tarixində ən qüdrətli hökmdarlardan biri olub. O, tarixə Sultan Süleyman Qanuni kimi daxil olub. ABŞ Konqresində də dünyanın aparıcı hökmdarlarının sırasında onun da barelyefi var.

Tarixçi deyib ki, dünya da onu qüdrətli hökmdar kimi qəbul edib. Amma serialda o, Xürrəm Sultanın əlində oyuncaq kimi təsvir olunub.

"Mən o dövrləri araşdırmışam. Güman edirəm ki, bu serial türk tarixinin özü üçün bir təhqirdir. Mən öz sözümü qəti və sərt demək istəyirəm. Bu serial həm Türkiyə tarixi, həm də Azərbaycan tarixi üçün olduqca böyük təhqirdir. Türk tarixi ilə bağlı ağır nöqsanlara yol verilib", - Mahmudov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti