...

Misir Mərdanov: Azərbaycan məktəblərindəki tibb məntəqələri təcili tibbi xidmət göstərməyə hazırdır

Cəmiyyət Materials 24 Oktyabr 2012 12:11 (UTC +04:00)
Azərbaycan məktəblərindəki tibb məntəqələri təcili tibbi xidmət göstərməyə hazırdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov çərşənbə günü jurnalistlərə deyib.
Misir Mərdanov: Azərbaycan məktəblərindəki tibb məntəqələri təcili tibbi xidmət göstərməyə hazırdır

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan məktəblərindəki tibb məntəqələri təcili tibbi xidmət göstərməyə hazırdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov çərşənbə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanın əksər məktəblərində tibb məntəqələri fəaliyyət göstərir. Həmin məktəblərdə bunun üçün ayrıca otaq ayrılıb. Həmin otaqda da bir tibb işçisi fəaliyyət göstərir.

Nazir deyib ki, məktəblərin qışa hazırlığı ilbəil yaxşılaşır. Bu il də məktəblərin bu sahədəki vəziyyəti yaxşılaşacaq.

"Bu, ölkə rəhbərliyinin diqqəti və qayğısının nəticəsidir. Bunun sayəsində qaz verilən yaşayış məntəqələrinin sayı artır. Belə yaşayış məntəqələrinin sayı artıqca şübhəsiz ki, məktəblərdə də şərait yaxşılaşır", - Mərdanov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti