...

Azərbaycanda turizm şirkətlərinin problemli müştəri ilə bağlı bazası yaradılır

Cəmiyyət Materials 8 Fevral 2013 11:59 (UTC +04:00)
Azərabycanda turizm şirkətlərinin problemli müştəri ilə bağlı baza yaradılır. Trend-in məlumatına görə, yeni sistemin təqdimatını Azərbaycan Turizm Assosiasiyasının (AZTA) cümə günü keçirilən toplantısında qurumun rəhbəri Nahid Bağırov məlumat verib.
Azərbaycanda turizm şirkətlərinin problemli müştəri ilə bağlı bazası yaradılır

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir M.Əliyev/

Azərabycanda turizm şirkətlərinin problemli müştəri ilə bağlı bazası yaradılır. Trend-in məlumatına görə, yeni sistemin təqdimatını Azərbaycan Turizm Assosiasiyasının (AZTA) cümə günü keçirilən toplantısında qurumun rəhbəri Nahid Bağırov məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə AZTA öz internet səhifəsində "black list" (qara siyahı) adlanan xidmət yaradıb. Bazada dəfələrlə bron edib, aviaturdan imtina edən, həmçinin digər problemlər yaradan müştəri barədə məlumatlar, yaratdığı problemin təsviri veriləcək.

O həmçinin qeyd edib ki, bir sıra hallarda bir turizm şirkətində dələduzluq edən işçi barədə də məlumat toplanacaq.

"Turizm kampaniyalarında dələduzluq edən işçilərin digər turizm şirkətinə işə qəbul olunmaması, onların əməllərindən başqa şirkətlərin məlumatlandırılmasına şərait yaradır", - o deyib

Bağırov bildirib ki, həmin sistemdə dələduzluq edən turizm şirkətləri, suppartnyorlar barədə məlumat yerləşdirmək üçün bənd yaradılıb.

Tədbir zamanı turizm şirkətlərinin nümayəndələrinə həmin sistemə məlumatların əlavə olunması nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti