...

Yol polisi: Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı qaydalara dəyişiklik edilməsi gözlənilir

Cəmiyyət Materials 8 Fevral 2013 13:35 (UTC +04:00)
Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı qaydalara dəyişiklik edilməsi gözlənilir.
Yol polisi: Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı qaydalara dəyişiklik edilməsi gözlənilir

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı qaydalara dəyişiklik edilməsi gözlənilir. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Əliyev deyib ki, Avropa təcrübəsindən istifadə etməklə Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı qərarlar qəbul olunacaq. Ola bilər ki, həmin təklif olunan bəzi müddəalar dəyişdirilsin və ya başqa formada qəbul olunsun.

Şöbə rəisi deyib ki, dekabrın 26-da ölkə Prezidentinin sərəncamı olub.

"Burada nəqliyyat vasitəsi sahiblərinin əziyyət çəkməmələri, bu sahədə şəffaflığın artırılması ilə bağlı DİN-ə təkmilləşdirilmiş təkliflər verilməsi tapşırılıb. Bununla bağlı artıq müvafiq təkliflər verilib və baxılma ərəfəsindədir", - Əliyev bildirib.

Qeyd edək ki, dekabrın sonunda Prezident İlham Əliyev "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti