...

Sosial xidmət haqqında qanunvericiliyin pozulmasına görə cərimələr sərtləşdiriləcək

Cəmiyyət Materials 13 Fevral 2013 17:00 (UTC +04:00)
İnzibati Xətalar Məcəlləsinə sosial xidmət haqqında qanunvericiliyin pozulmasına görə dəyişiklik ediləcək.
Sosial xidmət haqqında qanunvericiliyin pozulmasına görə cərimələr sərtləşdiriləcək

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir M.Əliyev/

İnzibati Xətalar Məcəlləsinə sosial xidmət haqqında qanunvericiliyin pozulmasına görə dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında müzakirə olunub.

Komit sədri Hadı Rəcəbli bildirib ki, məcəlləyə təklif olunan dəyişikliyə əsasən, sosial xidmətin keyfiyyətini, həcmini və şərtlərini müəyyən edən tələblərin pozulmasına görə, fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 150 manat miqdarında cərimə olunacaq.

Dəyişikliyə əsasən, dövlət tərəfindən göstərilən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi, müəyyən edilməsi və qərar qəbul edilməsi üçün düzgün olmayan məlumatların verilməsinə görə 50 manat, sosial xidmətin dayandırılmasına təsir göstərən dəyişikliklər barədə sosial xidmət göstərən subyektlərin məlumatlandırılmamasına görə 50 manat, sosial xidmətə tələbatı olmayan şəxsin qanunsuz və ya əsassız olaraq dövlət tərəfindən sosial xidmətə götürülməsi və ya dövlət tərəfindən sosial xidmət göstərilməsi üçün əsaslar olduqda şəxsin sosial xidmətə götürülməsindən imtina edilməsinə görə vəzifəli şəxslər 100 manat miqdarında cərimə ediləcək.

Sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina barədə qərar haqqında qanunla müəyyən olunmuş müddətdə müraciət edən şəxsə rəsmi məlumatın verilməməsi və ya sosial xidmətdən imtina barədə qərarda imtinanın səbəblərinin göstərilməməsinə görə isə vəzifəli şəxslər 100 manat miqdarında cərimə olunacaq

Dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti