...

Çanaqqala Tarix Muzeyində Quba kütləvi məzarlığından götürülmüş torpaq nümunəsi nümayiş etdiriləcək

Cəmiyyət Materials 26 Fevral 2013 13:29 (UTC +04:00)
Türkiyədəki məşhur Çanaqqala Tarix Muzeyinin "Müqəddəs torpaqlar guşəsi"ndə Quba kütləvi məzarlığından götürülmüş torpaq nümunəsi də nümayiş etdiriləcək.
Çanaqqala Tarix Muzeyində Quba kütləvi məzarlığından götürülmüş torpaq nümunəsi nümayiş etdiriləcək

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir M.Əliyev/

Türkiyədəki məşhur Çanaqqala Tarix Muzeyinin "Müqəddəs torpaqlar guşəsi"ndə Quba kütləvi məzarlığından götürülmüş torpaq nümunəsi də nümayiş etdiriləcək.

Trend Regional TV-yə istinadən xəbər verir ki, ermənilərin 20-ci əsrin əvvəllərində Azərbaycanda soyqırım törətmələri barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün daha bir addım atılıb.

Bundan sonra Türkiyədəki məşhur Çanaqqala Tarix Muzeyinin "Müqəddəs torpaqlar guşəsi"ndə Azərbaycan torpağı da nümayiş etdiriləcək. Muzeyə göndərilən torpaq nümunəsi xalqımıza qarşı soyqrımın bariz nümunəsi sayılan Quba kütləvi məzarlığından götürülüb. Çanaqqala Tarix Muzeyinin "Müqəddəs torpaqlar guşəsi"ndə dünyanın müxtəlif yerlərindəki şəhid məzarlıqlarından götürülən torpaq nümunələri saxlanılır. Muzeyə Azərbaycandan torpaq göndərilməsi təşəbbüsü qardaş ölkədə film çəkilişləri zamanı irəli sürülüb.

Torpaq nümunəsi ilə yanaşı, muzeyə ötən əsrin əvvələrində Azərbaycanın şimalında baş vermiş soyqırımla bağlı ətraflı məlumat verilib. Bunun sayəsində hər il muzeyə gələn minlərlə ziyarətçi həmin guşəni seyr edərkən ermənilərin başımıza gətirdiyi faciələr barədə ətraflı informasiya ala biləcək. Muzeyin müdiri Hasan Hüseyin Maltepe bildirib ki, 2004-cü ildən fəaliyyət göstərən Çanaqqala Tarix Muzeyində "Müqəddəs torpaqlar guşəsi" ziyarətçilərin ən çox diqqətini çəkən hissələrdəndir.

Xatırladaq ki, Quba məzarlığı 2007-ci ilin aprelində aşkarlanıb. Məzarlıqdan çoxu uşaq qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti