...

Azərbaycan Berlindəki beynəlxalq turizm sərgisində iştirak edəcək

Cəmiyyət Materials 5 Mart 2013 13:42 (UTC +04:00)
Martın 6-10-da Almaniyanın Berlin şəhərində keçiriləcək "İTB Berlin 2013" Beynəlxalq Turizm Sərgisində Azərbaycan "Mədəniyyət və Konqres" tərəfdaşı kimi çıxış edəcək.
Azərbaycan Berlindəki beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İsabalayeva/

Martın 6-10-da Almaniyanın Berlin şəhərində keçiriləcək "İTB Berlin 2013" Beynəlxalq Turizm Sərgisində Azərbaycan "Mədəniyyət və Konqres" tərəfdaşı kimi çıxış edəcək.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, sərgidə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 104 kv.m sahədə lövhə quraşdırılıb, həmçinin lövhədə "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün xüsusi yer ayrılıb. Bundan əlavə, 30 kv.m-lik sahədə "Ekologiya" stendi və 21 kv.m-lik sahədə "Mədəniyyət" stendi təşkil olunub.

Sərgiyə gələn ziyarətçi və iştirakçılara nümayiş etdirmək və paylamaq üçün əl sənətkarlığı nümunələri, mis qablar, musiqi alətləri, eləcə də ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları hazırlanıb.

2004-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq onuncu dəfədir ki, "İTB Berlin" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin ötən il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, müxtəlif ölkələrdən 10600-ə yaxın şirkət təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti