...

Respublika Seysmoloji Xidmət Mərkəzi: İrandakı zəlzələ Azərbaycanda zəlzələ ocaqlarının oyanmasına təsir göstərə bilməz

Cəmiyyət Materials 10 Aprel 2013 11:04 (UTC +04:00)
İranın Buşehr vilayətində baş vermiş güclü zəlzələ Azərbaycanda zəlzələ ocaqlarının oyanmasına təsir göstərməyib və göstərə də bilməz.
Respublika Seysmoloji Xidmət Mərkəzi: İrandakı zəlzələ Azərbaycanda zəlzələ ocaqlarının oyanmasına təsir göstərə bilməz

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İsabalayeva/

İranın Buşehr vilayətində baş vermiş güclü zəlzələ Azərbaycanda zəlzələ ocaqlarının oyanmasına təsir göstərməyib və göstərə də bilməz. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktor müavini Azay Rzayev deyib.

Onun sözlərinə görə, İranda zəlzələnin baş verdiyi ərazi Azərbaycandan uzaqdadır. Ona görə də indiyədək bu zəlzələnin yaratdığı təkanlar Azərbaycanda hiss edilməyib.

Hazırda Azərbaycanda seysmik baxımdan vəziyyətin normal olduğunu deyən Rzayevin sözlərinə görə, bəzən Xəzər dənizində zəif balla zəlzələlər baş versə də, onlar da təhlükəli hesab edilmir.

Qeyd edək ki, İranda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb. İranın Buşəhr vilayətindəki Şonbeh şəhərində 200-dən çox evin 80 faizi tamamilə dağılıb. Ümumilikdə, 700-dən çox ev tamamilə dağılıb. 850 nəfərdən artıq şəxs isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti