...

Turizm Assosiasiyası: Azərbaycanda daha çox "üçulduzlu" hotellərə tələbat var

Cəmiyyət Materials 11 Aprel 2013 16:12 (UTC +04:00)
Bu gün Azərbaycanda daha çox "üçulduzlu" hotellərə tələbat var. Bunu cümə axşamı Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
Turizm Assosiasiyası: Azərbaycanda daha çox "üçulduzlu" hotellərə tələbat var

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Azərbaycanda daha çox "üçulduzlu" hotellərə tələbat var. Bunu cümə axşamı Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycana yalnız imkanlı deyil, maddi imkanları orta və orta səviyyədən aşağı olan turistlər də gəlmək istəyir. Belə turistlər maddi vəziyyətləri ilə əlaqədar "dördulduzlu" və "beşulduzlu" hotellərdə qala bilmirlər. Onların imkanları yalnız "üçulduzlu" hotellərdə qalmağa yetir.

"Avropalılar öyrəşiblər ki, 50-60 avroya qrup halında bir yerdə qalsınlar. Ona görə də belə turistləri itirmək olmaz. Onların sayı VİP turistlərin sayından daha çoxdur", - Bağırov əlavə edib.

O qeyd edib ki, bu baxımdan bu gün Azərbaycanda "üçulduzlu" hotellərin açılması çox vacibdir.

Bağırovun sözlərinə görə, ölkədə "üçulduzlu" hotellərin sayı nə qədər çox olsa, bir o qədər yaxşı olar. Belə hotellərin sayının artması Azərbaycana gələn turistlərin sayının artmasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti