...

Gəncə qazsız qalıb

Cəmiyyət Materials 13 Aprel 2013 17:42 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncənin Şah İsmayıl Xətai prospektində aparılan abadlıq-quruculuq işləri çərçivəsində yolun genişləndirilməsi zamanı günorta saatlarında yerin altı ilə gedən orta təzyiqli qaz xətti ciddi zədələnib. Nəticədə Gəncə şəhərinin bir hissəsi təbii qazsız qalıb.
Gəncə qazsız qalıb

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Gəncədə orta təzyiqli qaz xətti ciddi zədələnib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncənin Şah İsmayıl Xətai prospektində aparılan abadlıq-quruculuq işləri çərçivəsində yolun genişləndirilməsi zamanı günorta saatlarında yerin altı ilə gedən orta təzyiqli qaz xətti ciddi zədələnib. Nəticədə Gəncə şəhərinin bir hissəsi təbii qazsız qalıb.

Gəncə Qaz İstismarı Sahəsinin baş mühəndisi Şubay Nəsibovun bildirdiyinə görə, hazırda təmir briqadası qəzanın aradan qaldırılması istiqamətində işlər görür. Mavi yanacağın bir neçə saatdan sonra qazsız qalan ərazilərə verilməsinə
başlanılacaq.

Qeyd edək ki, hazırda Əziz Əliyev, Nəriman Nərimanov, Adil İsgəndərov, Fikrət Əmirov, Dədə Qorqud küçələrində yaşayan təxminən 4 min abunəçi qazsız qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti