...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş elmi-texniki konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2013 10:10 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində (BANM) tələbələrin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “İnformasiya-kommunikasiya texnologiyalarının neft-qaz və kimya mühəndisliyində tətbiqi” mövzusunda elmi-texniki konfransı keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının  90-cı ildönümünə həsr olunmuş elmi-texniki konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 aprel / Trend müxbir M.Əliyev/

Bakı Ali Neft Məktəbində (BANM) tələbələrin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş "İnformasiya-kommunikasiya texnologiyalarının neft-qaz və kimya mühəndisliyində tətbiqi" mövzusunda elmi-texniki konfransı keçirilib.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi BANM-dan bildirilib.

Konfransın plenar iclasını açan rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin tələbələrinin ilk konfransının ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə böyük hörmət və ehtiramın təzahürü olduğunu qeyd edib. O, Bakı Ali Neft Məktəbində cəmi 7 ay ərzində təhsil alan tələbələrin elmi işlərə həvəs göstərməsini həm onların yüksək biliklərə malik olması, həm də ali məktəbdə elmi fəaliyyətin dəstəklənməsi ilə əlaqələndirib, tələbələrin həmçinin digər ali məktəblərdə keçirilən elmi forumlara öz məruzələrini təqdim etdiklərini vurğulayıb.

Tədbirdə iştirak edən ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev və AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov tələbələri ilk konfransın keçirilməsi münasibətilə təbrik edib, onların kompyuter və informasiya-kommunikasiya texnologiyalarını ilk təhsil illərində dərindən mənimsəmələrinin təqdirəlayiq olduğunu qeyd edib və konfransın işində onlara uğurlar arzulayıb.

Daha sonra tələbələrin konfransın Təşkilat Komitəsi tərəfindən seçilmiş 20 məruzəsi dinlənilib. Onlardan 10-u Azərbaycan, 10-u ingilis dilində səsləndirilib. Bu məruzələr kompyuter və informasiya - kommunikasiya texnologiyalarının mühəndislik işində istifadəsi, o cümlədən ən müasir proqram təminatlarının neft ehtiyatlarının qiymətləndirilməsində, seysmik məlumatların emalında və interpretasiyasında, neftçıxarmada, geofiziki problemlərin həllində, neft boru kəmərlərində istismar parametrlərinin ölçülməsində, boru kəməri sistemlərinin simulyasiyasında və analizində, qərar qəbuletmənin avtomatlaşdırılmasında, kimyəvi maddələrin quruluşunun öyrənilməsində, kimyəvi proseslərin və reaksiyaların simulyasiya­sında, kimyəvi qurğuların layihələndirilməsində, dinamik sistemlərin modelləşdiril­­məsində tətbiqi məsələlərinə həsr olunub. Bütün məruzələr konfrans iştirakçılarına multimedia vasitələri ilə təqdim olunub. Münsiflər Heyətinin ən yüksək qiymətə layiq gördüyü məruzələrin müəllifləri Təşkilat Komitəsi tərəfindən konfransın yekun iclasında mükafatlandırılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti