...

"Marketinq Məktəbi" PR dərsləri ilə fəaliyyətə başlayır

Cəmiyyət Materials 23 Aprel 2013 15:39 (UTC +04:00)
Azərbaycanda marketinq ixtisasının professional və geniş formatda öyrədilməsi üçün “Marketinq Məktəbi” açılıb. Məktəb Public Relations (PR) – İctimaiyyətlə Əlaqələr sinfi ilə maydan etibarən fəaliyyətə başlayır.

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Azərbaycanda marketinq ixtisasının professional və geniş formatda öyrədilməsi üçün "Marketinq Məktəbi" açılıb. Məktəb Public Relations (PR) - İctimaiyyətlə Əlaqələr sinfi ilə maydan etibarən fəaliyyətə başlayır.

"Marketinq Məktəbi" "ABC Təhsil Mərkəzi"nin nəzdində yaradılıb və burada PR-dan əlavə, "Marketinq", "Reklam", "Dizayn" kimi siniflər də fəaliyyət göstərəcək.

Artıq PR sinfinə qəbul elan olunub. Dərsləri, əsasən, PR üzrə mütəxəssis Vüqar Baba keçəcək. O, hazırda "Çudo Peçka" şirkətinin PR şöbəsinin direktoru vəzifəsində çalışır.

May ayının ilk həftəsindən PR sahəsi üzrə 2 müxtəlif sinifdə dərslər başlayır. Birinci - "A sinfi"ndə dərslər 1 ay (8 dərs) davam edəcək. Tələbələr intensiv dərslərdə iştirak edərək, PR üzrə proqramı qısa zamanda öyrənəcəklər. Dərsin iştirakçıları PR barədə ən zəruri və əhəmiyyətli bilgilərə yiyələnəcəklər. Kursun sonunda bütün tələbələr testdən keçəcək və testlə qiymət alacaqlar.

İkinci "B sinfi"ndə isə dərslər 2 ay (16 dərs) keçiriləcək. "Bu sinfi"ndə "A sinfi"ndə keçiriləcək dərslərdən əlavə hər mövzuya uyğun olaraq həmin spesifik sahə üzrə ixtisaslaşmış nüfuzlu PR mütəxəssisləri dəvət olunacaq, müxtəlif şirkət və təşkilat nümayəndələri ilə görüşlər keçiriləcək. Həmçinin tələbələr praktik PR fəaliyyəti ilə məşğul olacaq, buraxılış işi hazırlayacaq və ona görə qiymət alacaqlar. "B sinfi"ni bitirmiş tələbə sərbəst şəkildə hər hansı bir müəssisənin PR meneceri ola biləcək.

Dərslər zamanı aşağıdakı mövzulardan bəhs olunacaq:

"PR nədir?", "Uğurlu PR nümunələri", "Qədim PR", "Müasir PR-ın tarixi", "PR-ın istiqamətləri", "PR-ın vasitələri və alətləri", "PR reklamı yedi", "Sosial şəbəkələrdə PR", "Virus PR", "Teaser PR", "Viral Reklam", "CPR", "Korporativ Sosial Məsuliyyət", "MPR", "Kriz idarəçiliyi", "Sahəvi PR", "Rəngli PR" (Qara PR və digər rənglilər), "PR şirkətləri və onların gördükləri iş", "PR analiz", "PR plan", "Qurumların PR işinin 0-dan qurulması", "PR araşdırması", "PR-menin özünün PR-ı", "PR mütəxəssisi olmaq istəyən şəxs necə hərəkət etməlidir? Nələri bilməldiir? Hansı sahədə təhsil almalıdır?", "Məsləhətlər, tövsiyələr".

Proqramın qiyməti də hər kəs üçün açıq şəkildə elan olunub:

"A sinfi"ndə iştirak - 120 manat
"B sinfi"ndə iştirak - 200 manat (2 aylıq dərslərin ümumi qiymətidir)

Qeydiyyatdan keçmək üçün son tarix 28 aprel 2013-cü ildir. Telefonlar: 012 440 14 75; 012 440 14 76; Mob: 050 242 11 03; 055 521 53 23. Ünvan: Azadlıq prospekti, Xan Şuşinski, 20

Məqalədə:
Xəbər lenti

Xəbər lenti