...

Müdafiə Nazirliyi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyİ ilə əlaqədar geniş tədbirlər keçirir

Cəmiyyət Materials 25 Aprel 2013 12:28 (UTC +04:00)
Müasir Azərbaycan Ordusunun yaradıcısı, ümummilli lider Heydər Əliyevin anadan olmasinin 90 illik yubileyİ ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq bütün hərbi hissə və birləşmələrdə geniş tədbirlər keçirilir.
Müdafiə Nazirliyi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyİ ilə əlaqədar geniş tədbirlər keçirir

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Müasir Azərbaycan Ordusunun yaradıcısı, ümummilli lider Heydər Əliyevin anadan olmasinin 90 illik yubileyi ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq bütün hərbi hissə və birləşmələrdə geniş tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ulu öndərin vaxtı ilə böyük çətinliklər hesabına ərsəyə gətirdiyi Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Heydər Əliyev müasir Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısıdır" mövzusunda keçirilən elmi-praktiki konfrans öz əhəmiyyətinə görə ordumuzun həyatında əlamətdar hadisə kimi yadda qalacaq.

Tədbirdə çıxış edənlər ümummilli liderə belə bir hərbi liseyi yaratdığına görə öz dərin minnətdarlıqlarını bildiriblər.

Məlumatda qeyd olunur ki, gələn həftə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində də 90 illik yubileylə bağlı geniş bir tədbirin keçirilməsi nəzərdə tutulur.

Ümummilli liderin doğum gününədək birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində respublikanın görkəmli elm və mədəniyyət xadimlərinin, veteran təşkilatlarının iştirakı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır. Bununla yanaşı hərbi hissələrin yerləşdikləri şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən Heydər Əliyev adına muzey, park və xiyabanlara şəxsi heyətin ziyarəti təşkil olunur və bu tədbirlərdə hərbi qulluqçuların, onların ailə üzvlərinin birgə iştirakı təmin edilir.

"Biz Heydər Əliyev Ordusunun əsgərləriyik" adlı bədii təşviqat briqadasının qornizon zabitlər evləri və klublarında çıxışları diqqəti cəlb edir. Yubileylə əlaqədar Heydər Əliyev Mərkəzinin əsgərlər arasında təşkil etdiyi "Dövlətimi, xalqımı, ailəmi qoruyuram" adlı əsgər məktubları müsabiqəsinə cəlb olunan gənc hərbi qulluqçular öz yaradıcı biliklərini fəal şəkildə nümayiş etdiriblər.

Keçirilən tədbirlərin davamı olaraq may ayının ilk günlərində vaxtı ilə ulu öndərin cəbhə bölgəsində ziyarət etdiyi hərbi hissəyə ictimai və incəsənət xadimlərinin, millət vəkillərinin, ziyalıların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin səfərlərinin təşkili nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti