...

Litvada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2013 10:30 (UTC +04:00)
Litvanın Kaunas şəhərində Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Litvada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.Mehdiyev/

Litvanın Kaunas şəhərində Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Birlikdən Trend-ə verilən məlumata görə, Litva-Azərbaycan əlaqələri çərçivəsində keçirilən tədbirdə iştirakçılara Heydər Əliyev Fondundan təqdim olunan ümummilli liderin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub. Tədbirdə, həmçinin Heydər Əliyevin həyatını və ictimai-siyasi fəaliyyətini əks etdirən fotosərgi təqdim olunub.

Tədbirin moderatoru DAGB-nin üzvü Fərhad Vəliyev Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı mühüm tarixi roldan bəhs edib. Tədbirdə Litvada və Estoniyada fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələri, eləcə də Litvada 40-dan çox ölkədən təhsil alan tələbələr iştirak ediblər.

DAGB-nin Estoniyadakı üzvü Prezident İlham Əliyevin ümummili lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilimiş siyasi kursu uğurla davam etdirdiyini vurğulayaraq, Azərbaycanın dünyada nüfuzunun yüksəldiyini, ölkənin iqtisadi gücünün, hərbi və siyasi qüdrətinin artdığını diqqətə çatdırıb.

O, qeyd edib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, azərbaycanlı gənclər bu siyasətin ölkənin və xalqın mənafeyinə xidmət etdiyinə inanır və Azərbaycan Prezidentinin siyasi xəttini dəstəkləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti