...

Azərbaycanda piratçılıqla bağlı qanunvericilik sərtləşdirilib

Cəmiyyət Materials 30 Aprel 2013 14:07 (UTC +04:00)
Azərbaycanda piratçılıqla bağlı qanunvericilik sərtləşdirilib. Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişikliklər edilib.
Azərbaycanda piratçılıqla bağlı qanunvericilik sərtləşdirilib

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda piratçılıqla bağlı qanunvericilik sərtləşdirilib. Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişikliklər edilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, dəyişikliyə əsasən, nəzarət markalarının qəsdən məhv edilməsinə, saxtalaşdırılmasına, qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə və satışına görə "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Dərman vasitələri haqqında" və "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinin pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və satılan nəzarət markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

Cinayət Məcəlləsinə də piratçılıqla bağlı müvafiq dəyişiklik edilib. Belə ki, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşdursa üç min manat miqdarında cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlərlə cəzalandırılır. Eyni əməllər təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurduqda yeddi min manat miqdarında cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti