...

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Cəmiyyət Materials 10 İyun 2013 12:39 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.
Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyunun 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabur tutulacağı gözlənilir, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 19-21 dərəcə isti təşkil edəcək.

İyunun 11-dən 13-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq.

Azərbaycanın bölgələrində iyunun 11-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 6-11, gündüz 15-25 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti