...

Qırğızıstan parlamenti qızların ölkədən çıxışının məhdudlaşdırılması barədə qətnaməni bəyənib

Cəmiyyət Materials 12 İyun 2013 18:06 (UTC +04:00)
Qırğızıstan parlamenti valideynlərin icazəsi olmadan yaşı 23-dən az olan qızların ölkədən çıxışını məhdudlaşdıran qətnaməni bəyənib.
Qırğızıstan parlamenti qızların ölkədən çıxışının məhdudlaşdırılması barədə qətnaməni bəyənib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Qırğızıstan parlamenti valideynlərin icazəsi olmadan yaşı 23-dən az olan qızların ölkədən çıxışını məhdudlaşdıran qətnaməni bəyənib.

Trend-in çərşənbə günü KirTAQ-a istinadən verdiyi məlumata görə, müvafiq sənəd bu gün parlamentin plenar iclasında müzakirə edilərək bəyənilib.

Sənəd mənəvi dəyərlərin qorunmasına, demoqrafik böhran barədə xəbərdarlığa, ölkə gənclərinin insan alveri və seksual zorakılıqdan qorunmasına və onların reproduktiv sağlamlığının saxlanılmasına yönəldilib.

Bu qadağa müvafiq sənədlərin olması halında, təhsil, müalicə və iş üçün ölkədən getməyə şamil edilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti