...

"I Ecological" intellektual oyununa start verilir

Cəmiyyət Materials 14 İyun 2013 08:47 (UTC +04:00)
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Bakı Slavyan Universiteti Tələbə Gənclər Təşkilatının (BSU TGT) təşəbbüsü ilə ali təhsil müəssisələrinin tələbələri arasında "I Ecological" intellektual oyununa start verir.
"I Ecological" intellektual oyununa start verilir

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Bakı Slavyan Universiteti Tələbə Gənclər Təşkilatının (BSU TGT) təşəbbüsü ilə ali təhsil müəssisələrinin tələbələri arasında "I Ecological" intellektual oyununa start verir.

ATGTİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tələbələrin ekoloji bilik və bacarıqlarının yoxlanılması məqsədini daşıyan bu layihə 17 iyun - "Səhralaşma və quraqlığa qarşı ümümdünya mübarizə günü" münasibətilə həyata keçiriləcək.

Layihədə 20-yə yaxın müxtəlif ali təhsil müəssisəsinin komandalarının iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, "I Ecological" intellektual oyununun qalibləri diplom və müxtəlif qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Xəbər lenti

Xəbər lenti