...

Akif Muradverdiyevin saxlanılmasının səbəbləri məlum olub

Cəmiyyət Materials 21 İyun 2013 13:15 (UTC +04:00)
Akif Muradverdiyev çar Rusiyası dövrünə aid xeyli sayda pul sikkəsini qanunsuz olaraq sərhəddən keçirməyə cəhd edərkən saxlanılıb. Bu barədə cümə günü Trend-ə Azərbaycanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Akif Muradverdiyevin saxlanılmasının səbəbləri məlum olub

Azərbaycan, Bakı, 21 iyun /Trend

Akif Muradverdiyev çar Rusiyası dövrünə aid xeyli sayda pul sikkəsini qanunsuz olaraq sərhəddən keçirməyə cəhd edərkən saxlanılıb. Bu barədə cümə günü Trend-ə Azərbaycanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Mənbə bildirib ki, Muradverdiyev Milli Təhlükəsizlik Nazirlyinin əməkdaşları tərəfindən iyunun 20-də səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanında Rusiyaya uçarkən saxlanılıb.

Hüquq-mühafizə orqanları tərəfindən mövcud fakt üzrə araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti