...

Azərbaycanda Microsoft İT Akademiyasının açılışı olub

Cəmiyyət Materials 27 İyun 2013 16:38 (UTC +04:00)
Bakıda Odlar Yurdu Universitetində Microsoft İT Akademiyasının açılışı olub.
Azərbaycanda Microsoft İT Akademiyasının açılışı olub

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bakıda Odlar Yurdu Universitetində Microsoft İT Akademiyasının açılışı olub. Layihə Microsoft-Azərbaycan şirkəti ilə universitetin İdarə Heyəti arasında imzalanmış qarşılıqlı əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

Trend-in məlumatına görə, Microsoft-Azərbaycan şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirib ki, yaxın vaxtlarda Microsoft şirkəti ölkəmizdəki daha bir neçə ali və orta məktəbdə İT Akademiya açmağı nəzərdə tutur.

İT Akademiyasının əsas məqsədi Microsoft məhsullarına dair tədris vəsaitlərinə olan tələbatı və Microsoft Office Specialist , Microsoft Certified Professional, Microsoft Technology Associate ixtisasları üzrə sertifikatlaşdırılmış imtahanlara hazırlığı təmin etməkdir.

Tədris vəsaitlərindən həm İT üzrə kurslarda, həm də fakültativ məşğələlər çərçivəsində fərdi qaydada istifadə etmək mümkün olacaq.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev deyib ki, Azərbaycanda ilk İT Akademiya məhz bu universitetdə açılıb və bu, akademiyanın tələbələrinin gələcək karyeralarında uğur qazanmalarına təkan verəcək.

O bildirib ki, Memorandum çərçivəsində həm də Microsoft DreamSpark layihəsinə start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti