...

Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı bəzi məhdudiyyətlər tətbiq edilib

Cəmiyyət Materials 29 İyun 2013 13:56 (UTC +04:00)
Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı bəzi məhdudiyyətlər tətbiq edilib.
Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı bəzi məhdudiyyətlər tətbiq edilib

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı bəzi məhdudiyyətlər tətbiq edilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun təsdiqlədiyi "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu qaydaları"na əsasən, bakalavriat səviyyəsində qiyabi təhsil alan tələbələrin müəllim vəzifəsinə işə qəbuluna icazə verilmir. Müəllimlərin yalnız fakültativ, fərdi və qrup məşğələləri, eləcə də dərnək məşğələləri üçün işə qəbuluna icazə verilmir.

Qeyri-pedaqoji təhsilli, özəl tədris müəssisəsini bitirmiş, lakin dövlət nümunəli təhsil sənədi-diplomu olmayan kadrların, həmçinin xaricdə təhsil alaraq təhsil sənədinin tanınmasına dair Təhsil Nazirliyinin şəhadətnaməsi olmayanların müəllim vəzifəsinə işə qəbulu mümkün olmayacaq.

Məhkəmə qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər və onlar işə qəbul üzrə müsabiqəyə buraxılmırlar. Yaşı 65-ə çatmış şəxslər də müsabiqədə iştirak edə bilməzlər.

İxtisası üzrə ən azı 10 il müəllimlik fəaliyyəti göstərmiş və sonradan 3 ildən az müddətə işdən ayrılmış şəxslərin yenidən müəllim işləmək üçün Təhsil Nazirliyinə müraciət etmək hüququ var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti