...

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı 7 gün qeyri-iş günü olacaq

Cəmiyyət Materials 11 Dekabr 2013 18:23 (UTC +04:00)
Bu il dekabrın 31-dən gələn il yanvarın 6-na qədər qeyri-iş günü olacaq.
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı 7 gün qeyri-iş günü olacaq

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Bu il dekabrın 31-dən gələn il yanvarın 6-na qədər qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin Trend-ə verdiyi məlumata görə, bu, Nazirlər Kabinetinin Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı qəbul etdiyi qərarda əksini tapıb.

Qərara əsasən, şənbə və bazar günlərinə təsadüf edən 28 və 29 dekabr iş günləri olacaq. Başqa sözlə, 3 və 6 yanvar tarixləri müvafiq olaraq şənbə (28 dekabr) və bazar (29 dekabr) günləri ilə dəyişdirilib.

Bununla da yanvarın 7-si 2014-cü ilin ilk iş günü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti