...

Hicran Hüseynova: Azərbaycanda qadınların qərar qəbuletmə və idarəçilikdə iştirakı istənilən səviyyədə deyil

Cəmiyyət Materials 21 Aprel 2014 13:09 (UTC +04:00)
Azərbaycanda dövlət orqanlarında təmsil olunan qadınların sayı artıb. Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Milli Məclisdə keçirilən "dəyirmi masa"da deyib.
Hicran Hüseynova: Azərbaycanda qadınların qərar qəbuletmə və idarəçilikdə iştirakı istənilən səviyyədə deyil

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda dövlət orqanlarında təmsil olunan qadınların sayı artıb. Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Milli Məclisdə keçirilən "dəyirmi masa"da deyib.

H.Hüseynova bildirib ki, 1990-cı ildə Milli Məclis orqanlarında təmsil olunan qadınların sayı ümumən parlamentdə təmsil olunanların 4,3 faizini təşkil edirdisə, 2010-cu ildə bu göstərici 10,7 faiz olub, hazırda isə 16 faizə çatıb.

Onun sözlərinə görə, qadınların seçkili orqanlarda iştirakı daha bərabərhüquqlu cəmiyyət yaradır: "Azərbaycanda son illərdə bu ənənə daha sürətlə güclənir. Ölkədə bu sahəyə xüsusi diqqət göstərilir".

H.Hüseynova deyib ki, Azərbaycanda qadınların yerlərdə qərar qəbuletmə və idarəçilikdə iştirakı hələ də istənilən səviyyədə deyil. "Qadınların qərar qəbuletmə və idarəçilikdə iştirakına maneə yaradan səbəblər var. Bunlar Azərbaycanın müharibə vəziyyətində olması, köhnədən qalma stereotiplərin hələ də davam etməsi, mənəvi-psixoloji amillər, həmçinin qadınların idarəçiliklə bağlı bilik və bacarıqlarının azlığıdır. Bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür".

Milli Məclisin vitse-spikeri Bahar Muradova isə çıxışında deyib ki, hazırda bələdiyyə orqanlarında 4 mindən çox qadın təmsil olunur. Bunu böyük rəqəm hesab edən B.Muradova bildirib ki, qadınların idarəçilikdə daha yaxşı təmsil olunması üçün təkliflər olarsa, onların qanunvericiliyə daxil edilməsinə baxıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti