...

Bakıda şimal küləyi əsəcək

Cəmiyyət Materials 29 Aprel 2014 12:55 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Bakıda şimal küləyi əsəcək

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, aprelin 30-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava arabir tutulacaq. Gün ərzində hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək, cənub-qərb küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti