...

Bilik Fondu ilə "Slavyane" Fondu arasında müqavilə imzalandı (FOTO)

Cəmiyyət Materials 4 May 2015 15:52 (UTC +04:00)
O.Səmədov Fondun xarici əlaqələrinin genişləndiyini vurğulayıb və “Slavyane” Fondu ilə əməkdaşlıq etməyin zəruriliyini vurğulayıb.
Bilik Fondu ilə "Slavyane" Fondu arasında müqavilə imzalandı (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlhamə İsabalayeva/

Mayın 5-dən 7-dək Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universiteti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr edilmiş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda keçiriləcək VI beynəlxalq elmi konfransda iştirak etmək üçün ölkəmizə gələn Rusiya və MDB xalqlarının Dostluq Federasiyasının, həmçinin "Slavyane" Fondunun sədri, professor Zaxar Zaxariyev Bilik Fondunun qonağı olub.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, fondun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı qonağa geniş məlumat verib, il ərzində görülən işlərdən danışıb. O.Səmədov Fondun xarici əlaqələrinin genişləndiyini vurğulayıb və "Slavyane" Fondu ilə əməkdaşlıq etməyin zəruriliyini vurğulayıb.

Professor Z.Zaxariyev öz növbəsində, "Slavyane" Fondu barədə məlumat verib, Bilik Fondu ilə əməkdaşlıqdan məmnun qalacağına əminliyini qeyd edib.

Görüşün sonunda "Slavyane" Fondu ilə Bilik Fondu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti