...

Azərbaycanda yuxarı sinif şagirdləri üçün təmayülləşmənin tətbiqinə başlanılır (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 May 2015 11:06 (UTC +04:00)
Bu ilin sentyabr ayından Azərbaycanın orta məktəblərində yuxarı siniflərdə təmayülləşmənin tətbiqinə başlanılacaq.
Azərbaycanda yuxarı sinif şagirdləri üçün təmayülləşmənin tətbiqinə başlanılır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İlhamə İsabalayeva/

Bu ilin sentyabr ayından Azərbaycanın orta məktəblərində yuxarı siniflərdə təmayülləşmənin tətbiqinə başlanılacaq. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov ümumilli lider Heydər Әliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Nazir qeyd edib ki, bu islahat onlarla məktəbi əhatə edəcək. Hazırda yeniliyin tətbiqi üçün hazırlıq işləri aparılır.

M.Cabbarovun sözlərinə görə, sentyabr ayından Bakının iki məktəbində inkluziv təhsilin tətbiqinə də başlanacaq:

"Sirr deyil ki, bu gün bizim on minlərlə fiziki qüsurlara malik olan övladlarımız təhsil sistemindən kənardadırlar. Bu ildən başlayaraq, Təhsil Nazirliyi tərəfindən atılan addım ona yönəlib ki, gələcəkdə bütün uşaqlar inkluziv təhsil ala bilsinlər. Bu, dövlət başçısının tərəfindən verilən tapşırıqlara uyğun olaraq, Azərbaycanın hər bir vətəndaşının konstitusiyon hüququ olan təhsil hüququn təmin edilməsi üçün atılan bir addımdır".

M.Cabbarov bildirib ki, təmayülləşmə bütün respublikada eyni vaxtda tətbiq edilməyəcək: "Bu yenilik ilk növbədə nazirliyin birbaşa tabeliyində olan məktəblərdə və bəzi digər seçilmiş məktəblərin 9-11-ci siniflərində tətbiq olunacaq. Məqsəd ondan ibarətdir ki, şagirdlərin və onların valideynlərinin seçimlərinə, şagirdlərin akademik nailiyyətlərinə, göstəricilərinə, maraqlarına uyğun olaraq, təhsil sistemində onlar üçün daha çox əhəmiyyətli hesab edilən fənlər üzrə təmayüllülər üzrə təşkil olunsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti