...

Gəncədə "Heydər Əliyev və müasir gənclik" mövzusunda elmi-praktik konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 6 May 2015 19:06 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər Təşkilatı və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 92-ci ildönümü münasibətilə “Heydər Əliyev və müasir gənclik” mövzusunda elmi-praktik konfrans keçirilib.
Gəncədə "Heydər Əliyev və müasir gənclik" mövzusunda elmi-praktik konfrans keçirilib (FOTO)

Gəncə şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər Təşkilatı və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 92-ci ildönümü münasibətilə "Heydər Əliyev və müasir gənclik" mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, AMEA Gəncə Bölməsinin elmi katibi, akademik Fuad Əliyev, AMEA-nın gənc alim və mütəxəsisləri, ziyalılar iştirak edib.

AMEA-nın gənc alim və mütəxəsisləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu öndərin xatirəsini dərin ehtiramla yad edərək, abidəsi önünə təzə gül-çiçək dəstələri qoyublar.

Sonra qonaqlar dahi rəhbərin adını daşıyan möhtəşəm Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfrans iştirakçılarını salamlayaraq, ümummilli liderin Azərbaycan dövlətinin taleyində, onun mənəvi- siyasi və ictimai həyatında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə onun çoxşaxəli fəaliyyətində dil siyasətindən danışıb və qeyd edib ki, mərkəzləşdirilmiş siyasətin, sovet rejminin sərt qanunlarının təzyiqləri altında ittifaqa daxil olan respublikalara "ögey-doğma" münasibətin hökm sürdüyü bir dövrdə Azərbaycanı Sovet İttifaqı Respublikaları arasında güclü potensiala malik ölkəyə çevirmək, doğma Vətəninin sabahını düşünərək dövlətçiliyimizin təməlini möhkəmləndirmək məqsədilə mövcud olan və olmayan imkanlardan istifadə etmək, ən əsası isə milliliyimizin qorunub saxlanılmasına, Azərbaycan dilinin dövlət dili kimi qorunmasına nail olmaq üçün Heydər Əliyev fenomeni kimi dahiyanə idarəçilik və təşkilatçılıq bacarığına malik olmaq lazım idi.

AMEA Gəncə Bölməsinin elmi katibi, akademik Fuad Əliyev, AMEA Gənc Alim və Mütəxəsislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru,dosent Famin Salmanov,AMEA Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Qədimalıyeva, AMEA Tarix İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının üzvü, elmi işçi Leyla Hüseynova,AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəsislər Şurasının sədri, Prezident mükafatçısı Elnur Həsənov, şəhər Şagird Parlamentinin sədri Valeh Əsədov Azərbaycan elminin inkişafında ümummilli liderin rolu haqqında danışaraq, bildiriblər ki, bu gün ölkəmizdə aparılan gənclər siyasəti , gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli dəstəyin verilməsi dahi rəhbərin siyasətinin düşünülmüş mühüm və zəruri addımlarından biridir. Bu da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransda müasir gəncliyin milli köklərə bağlı, əxlaqı dəyərlərə sadiq bir ruhda tərbiyə olunmağın vacibliyindən geniş söhbət açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti