...

Azərbaycan Astanada İƏT-in Konfransında iştirak edəcək

Cəmiyyət Materials 27 Aprel 2016 14:22 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti aprelin 28-də Astanada İslam Əməkdaşlıq Təşkilatının Qida Təhlükəsizliyi üzrə qurumunun Baş Məclisinin açılışında və Kənd Təsərrüfatının İnkişafı və Qida Təhlükəsizliyi üzrə 7-ci Nazirlər Konfransında iştirak edəcək.
Azərbaycan Astanada İƏT-in Konfransında iştirak edəcək

Bakı. Trend:

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti aprelin 28-də Astanada İslam Əməkdaşlıq Təşkilatının Qida Təhlükəsizliyi üzrə qurumunun Baş Məclisinin açılışında və Kənd Təsərrüfatının İnkişafı və Qida Təhlükəsizliyi üzrə 7-ci Nazirlər Konfransında iştirak edəcək.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanı bu tədbirdə təmsil edən Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov və Kənd təsərrüfatı layihələri və kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə aprelin 26-27-də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin yüksək vəzifəli rəsmilərinin hazırlıq görüşünə qatılıblar.

İslam Əməkdaşlıq Təşkilatının yeni yaradılacaq Qida Təhlükəsizliyi üzrə qurumunun məqsədi üzv ölkələrin kənd təsərrüfatının inkişafı üçün yeniliklərlə təmini və resursların səfərbər edilməsi, ərzaq təhlükəsizliyi rezervlərinin yaradılması da daxil olmaqla üzv ölkələrə fövqəladə və humanitar yardımlar olunması, ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətə nəzarət, ictimai ərzaq idarəedilməsində sistem və texnologiya mübadiləsi də daxil olmaqla, ümumi kənd təsərrüfatı siyasətinin tətbiqi və kordinasiyasıdır.

Qurumun nizamnaməsini İslam Əməkdaşlıq Təşkilatına üzv olan 23 ölkə imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti