...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göygöldə vətəndaşları qəbul edib

Cəmiyyət Materials 29 İyun 2016 15:49 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə, Naftalan şəhərlərinin, eləcə də Samux, Göygöl, Goranboy və Kəlbəcər rayonlarının sakinlərini qəbul edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göygöldə vətəndaşları qəbul edib

Bakı. Trend:

İyunun 29-da Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə, Naftalan şəhərlərinin, eləcə də Samux, Göygöl, Goranboy və Kəlbəcər rayonlarının sakinlərini qəbul edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti dini icmaların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, bir sıra dini icmaların zəruri ədəbiyyatlarla təmin edilməsi, gənclərin dini təhsil almalarına köməklik göstərilməsi, yeni məscidlərin tikilməsi və təmiri ilə bağlı olub.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti