...

Azərbaycanda “Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı” hazırlanacaq

Cəmiyyət Materials 26 Noyabr 2016 09:23 (UTC +04:00)
Azərbaycanda 2017-2022-ci illər üçün “Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı” hazırlanacaq.
Azərbaycanda “Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı” hazırlanacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 2017-2022-ci illər üçün “Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı” hazırlanacaq.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsində qeyd olunub.

Layihəyə görə, xüsusilə regionlardakı zorakılıq qurbanları olan qadınlar üçün həftənin bütün günlərində sutka ərzində fəaliyyət göstərən qaynar xətt yaratmaq nəzərdə tutulur. Ailənin psixoloji şəraitinə təsir edən amillər, ailədaxili münasibətlər, ailə zorakılığının uşaqların təhsilinə, davranışına, psixoloji durumuna təsiri araşdırılacaq. Ailədə yaranan problemlərin həlli yolları öyrəniləcək.

Bununla yanaşı, məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti