...

Azərbaycanda sabahdan məktəblilərin qış tətili başlayır

Cəmiyyət Materials 26 Yanvar 2017 07:55 (UTC +04:00)
Azərbaycanda sabahdan orta məktəb şagirdlərinin qış tətili başlayacaq
Azərbaycanda sabahdan məktəblilərin qış tətili başlayır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda sabahdan orta məktəb şagirdlərinin qış tətili başlayacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 5 günlük olacaq qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq. İkinci yarımil iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, şagirdlər üçün 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti