...

Jurnalistlərə ev verilməsində "texniki işçilər" anlayışına aydınlıq gətirildi

Cəmiyyət Materials 25 May 2017 12:44 (UTC +04:00)
Jurnalistlərə ev verilməsində "texniki işçilər" anlayışına aydınlıq gətirilib.
Jurnalistlərə ev verilməsində "texniki işçilər" anlayışına aydınlıq gətirildi

Bakı. Trend:

Jurnalistlərə ev verilməsində "texniki işçilər" anlayışına aydınlıq gətirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Movqe.az-a bildirib ki, texniki işçilər dedikdə, yaradıcılıq prosesində iştirak etməyən, KİV-lərdə çalışan katibə, kargüzar, sürücü, xadimələr və sair nəzərdə tutulur:

"Yəni bütün KİV-lərdə sözügedən vəzifələri tutan şəxslər jurnalistlər üçün inşa edilmiş binadan ev almağa namizəd ola bilməzlər. Digər işçilər, o cümlədən KİV-lərdə texniki yaradıcılıq prosesində iştirak edən əməkdaşların namizədlikləri də qoyulan şərtlərə uyğun olaraq işlədikləri qurumlar tərəfindən irəli sürülə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti