...

Azərbaycanda yanacaqdoldurma məntəqələrində yeni ödəniş sistemi tətbiq ediləcək

Cəmiyyət Materials 24 İyul 2017 15:56 (UTC +04:00)
Azərbaycanda böyük yanacaqdoldurma məntəqləri kontaktsız ödənişlər qəbul edəcək. Bunu Trend-ə maliyyə bazarından mənbə deyib.
Azərbaycanda yanacaqdoldurma məntəqələrində yeni ödəniş sistemi tətbiq ediləcək

Bakı. Hüseyn Vəliyev – Trend:

Azərbaycanda böyük yanacaqdoldurma məntəqələri kontaktsız ödənişlər qəbul edəcək. Bunu Trend-ə maliyyə bazarındakı mənbə deyib.

Mənbə qeyd edib ki, hazırda YDM-lər bank kartları vasitəsilə ödəniş qəbul edən POS-terminallardan istifadə edirlər: “Lakin artıq alınmış yanacağa görə ödənişi kontaktsız kartlar vasitəsilə də həyata keçirmək mümkün olacaq. Burada söhbət “PayPass” kontaktsız ödəmələrdən gedir. Kontaktsız ödəmələrin YDM-lərdə tətbiqinin məqsədi nəğdsiz ödənişin dövriyyəsini, həmçinin istifadəçilərin rahatlığını artırmaqdır”.

Qeyd edək ki, kontaktsız ödəmə texnologiyalı bank kartları "Visa" və "MasterCard" beynəlxalq ödəmə sistemləri tərəfindən buraxılır.

Xəbər lenti

Xəbər lenti