...

Azərbaycanda 8 ayın "yol kabusu" 471 can alıb

Cəmiyyət Materials 18 Sentyabr 2017 15:37 (UTC +04:00)
2017-ci ilin 8 ayı ərzində Azərbaycanda 1189 yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycanda 8 ayın "yol kabusu" 471 can alıb

Bakı. Elçin Mehdiyev - Trend:

2017-ci ilin 8 ayı ərzində Azərbaycanda 1189 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, baş vermiş yol qəzaları zamanı 471 nəfər ölüb, 1148 nəfər isə yaralanıb.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 hadisə, 19 ölüm, 261 xəsarət azalıb.

Hadisələrdən 392-si Bakıda qeydə alınıb və həmin qəzalarda 116 nəfər ölüb, 344 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti