...

Uşaq bağçalarında mütaliə saatları təşkil olunur (FOTO)

Cəmiyyət Materials 19 Sentyabr 2017 20:48 (UTC +04:00)
Uşaq bağçalarında mütaliə saatları təşkil olunur.
Uşaq bağçalarında mütaliə saatları təşkil olunur (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və filialları müntəzəm olaraq, uşaq bağçalarında görüşlər, söhbətlər, məlumat və nağıl saatları təşkil edirlər.

İdarədən Trend-ə verilən məlumata görə, bağça yaşlarında uşaqlar üçün belə tədbirlərin keçirilməsi onların kitabxanaya, mütaliəyə marağını artırır və gələcəkdə kitab oxumaları üçün sağlam təməl yaradır.

Təşkil olunmuş nağıl saatlarında kitabxana işçiləri tərəfindən uşaqlara “Sehirli Torba”, “Çırtdan”, “İki sehirli sandıq”, “Qızıl qaz”, “Tıq tıq xanım”, “Məlikməmməd” və digər Azərbaycan və dünya xalq nağılları oxunur. Nağılların tərbiyəvi əhəmiyyəti uşaqlara aşılanır, onlar bir neçə dəqiqəlik də olsa, ətraf aləmdən ayrılıb nağıl qəhrəmanlarının dünyasına səyahət edirlər.

Həmçinin, uşaqlar arasında bir-birindən maraqlı viktorinalar, oyunlar təşkil olunur və onlara kitablar hədiyyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti