...

Bakıda orta məktəblər üçün təsərrüfat qrupları yaradıldı

Cəmiyyət Materials 11 Yanvar 2018 14:56 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın 12 inzibati rayonu üzrə 5 təsərrüfat qrupu yaradıb.
Bakıda orta məktəblər üçün təsərrüfat qrupları yaradıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın 12 inzibati rayonu üzrə 5 təsərrüfat qrupu yaradıb.

İdarədən Trend-ə verilən məlumata görə, həmin qruplar Binəqədi-Nəsimi, Yasamal-Səbail-Qaradağ, Nizami-Nərimanov, Xətai-Suraxanı və Xəzər-Sabunçu-Pirallahı rayonları üzrə fəaliyyət göstərir.

Təsərrüfat qruplarının yaradılmasında əsas məqsəd ümumi təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək, həmçinin, təmir, tikinti, təchizat, kommunal xidmətlərdən istifadə məsələlərini, dərsliklərin vaxtında yerlərə çatdırılmasını və digər müvafiq işləri daha operativ həyata keçirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti