...

BNA-da ümummilli lider Heydər Əliyevin 95 illiyi qeyd edilib (FOTO)

Cəmiyyət Materials 9 May 2018 19:02 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyində (BNA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib.
BNA-da ümummilli lider Heydər Əliyevin 95 illiyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyində (BNA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli, Yeni Azərbacan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyaraq ruhuna hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə dahi şəxsiyyətin mənalı ömür yolu və xalqımızın xoşbəxt gələcəyinə yönələn əvəzsiz xidmətlərindən bəhs edən film nümayiş etdirilib. Sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Konfransda çıxış edən V.Kərimli təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq məfkurəsindən söhbət açıb. Bildirib ki, bu ideologiya Azərbaycanda güclü dövlət quruculuğuna xidmət edir. Vurğulanıb ki, ümummilli lider düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı görmək istədiyi ən yüksək səviyyəyə yüksəltmək üçün möhkəm təməli formalaşdırıb. Dünya birliyində etibarlı tərəfdaş olaraq qəbul edilən müasir Azərbaycan dövləti də elə məhz bu möhkəm təməl üzərində bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli inkişaf dövrünü yaşayır.

Tədbirdə Yeni Azərbacan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov da çıxış edərək ulu öndər Heydər Əliyevin çətin zamanlarında xalqının xilaskarı olduğunu və dahi şəxsiyyətin apardığı uğurlu siyasət nəticəsində hazırda Azərbaycanın regionun ən qüdrətli dövlətinə çevrildiyini vurğulayıblar. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Yeni Azərbaycan Partiyası ölkəmizin tərəqqisində əvəzedilməz rol oynayır.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Nərimanov rayon Bakı Nəqliyyat Agentliyi üzrə ilk partiya Təşkilatı yaradılıb. Təşkilatın sədri və idarə heyətinin tərkibi müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti