...

Lətif Xan: İslamabad və Bakı birbaşa aviaəlaqə və vizasız rejimi təşkil etməlidir

Cəmiyyət Materials 4 İyul 2018 21:03 (UTC +04:00)
Azərbaycan və Pakistan birbaşa aviaəlaqəni və birbaşa bank xidməti kanalını təşkil etməli, tarif maneələrini götürməli, alternativ avtomobil və dəmir yolu şəbəkələrini yaratmalı, eləcə də ikitərəfli ticarət-iqtisadi münasibətlərin möhkəmlənməsi üçün vizasız rejim tətbiq etməlidir
Lətif Xan: İslamabad və Bakı birbaşa aviaəlaqə və vizasız rejimi təşkil etməlidir

Bakı. Fikrət Doluxanov - Trend:

Azərbaycan və Pakistan birbaşa aviaəlaqəni və birbaşa bank xidməti kanalını təşkil etməli, tarif maneələrini götürməli, alternativ avtomobil və dəmir yolu şəbəkələrini yaratmalı, eləcə də ikitərəfli ticarət-iqtisadi münasibətlərin möhkəmlənməsi üçün vizasız rejim tətbiq etməlidir.

Trend-in məlumatına görə, bunu Bakıda keçiriləcək biznes-foruma həsr olunmuş mətbuat konfransı zamanı Pakistanın Ravalpindi Ticarət-Sənaye Palatasının prezidenti Zahid Lətif Xan deyib.

Onun sözlərinə görə, tədbirdə turizm, əczaçılıq, kimya, tekstil sahələrini, plastmas, cərrahiyyə alətləri, mebel, qida məhsulları istehsalı müəssisələrini təmsil edən 450-dən çox pakistanlı sahibkar iştirak edəcək.

Bundan başqa, Pakistan və Azərbaycan sahibkarları “biznes-biznes” (B2B) formatında görüşlər keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti