...

“AzerGold” QSC-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2019 14:49 (UTC +04:00)
25 fevral tarixində “AzerGold” QSC-də Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
“AzerGold” QSC-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

25 fevral tarixində “AzerGold” QSC-də Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

QSC-dən Trend-ə verilən məlumata görə, tədbir Xocalı soyqırımı qurbanlarının və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov hər il Prezident İlham Əliyevin göstərişi və şəxsi iştirakı ilə bütün ölkə ərazisində Xocalı soyqırımı ilə əlaqədar anım tədbirlərinin keçirildiyini bildirərək, dövlət başçısının bu sahədə mövqeyinin hər bir vətəndaş üçün örnək olmalı olduğunu qeyd edib. Oqtay Məmmədov hər bir vətəndaşın bütün əlçatan vasitələrdən istifadə edərək Xocalı haqqında həqiqətlərin bütün dünyaya çatdırmasının, işğal altında olan torpaqlarımızın azad edilməsi tələbinin daha da ucadan səsləndirməsinin önəmini vurğulayıb.

Tədbir iştirakçıları güclü Azərbaycan dövləti sayəsində vətəndaşlarımıza qarşı bir daha belə cinayətlərin törədilməyəcəyinə dair öz əminliklərini ifadə ediblər.

Daha sonra tədbirdə Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərmiş Azərbaycan əsgərlərindən bəhs edən film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti