...

RİİB regionlarda maliyyə savadlılığının artırılması ilə bağlı təlimlər keçirir (FOTO)

Cəmiyyət Materials 1 Mart 2019 16:36 (UTC +04:00)
“Əhalinin maliyyə savadlılığının artırılması” layihəsi çərçivəsində “Yığım oyunları” mövzusunda təlimə start verib.
RİİB regionlarda maliyyə savadlılığının artırılması ilə bağlı təlimlər keçirir (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Almaniya Əmanətlər Bankı ilə birlikdə Göyçay şəhərində “Əhalinin maliyyə savadlılığının artırılması” layihəsi çərçivəsində “Yığım oyunları” mövzusunda təlimə start verib.

Fonddan Trend-ə verilən məlumata görə, təlim proqramında iştirakçılara ailə büdcəsinin düzgün planlaşdırılması, gəlir və xərclərin optimal idarə olunması və digər mövzularda məlumat verilib, eləcə də mövzu ilə bağlı müxtəlif maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, bölgələrdə təlimlər layihənin ilkin mərhələsində Almaniya Əmanətlər Bankının mütəxəssisləri tərəfindən xüsusi təlim proqramına cəlb olunmuş RİİB nümayəndələri və könüllüləri tərəfindən aparılır.

İlin sonunadək layihə çərçivəsində müxtəlif əhali qruplarından ümumilikdə 5000-dən çox region sakininin təlimlərə cəlb edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti