...

“Clarivate Analytics” şirkəti BDU-da seminar-treninqlər keçirəcək (FOTO)

Cəmiyyət Materials 5 Sentyabr 2019 11:56 (UTC +04:00)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Clarivate Analytics” (keçmiş Thomson Reuters) şirkətinin təhsil proqramları üzrə direktoru Valentin Boqorov və qurumun Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə ilə görüşüb.

BDU-dan Trend-ə verilən məlumata görə, görüşdə alim və tədqiqatçıları maarifləndirmək məqsədilə BDU-da “Clarivate Analytics” şirkəti tərəfindən qarşıdan gələn aylarda növbəti seminar-treninqlərin təşkili, nəzəri və praktik formatda keçiriləcək təlimlərdə “Web Of Science” informasiya bazasının imkanlarından istifadə metodları və indekslənən beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər haqqında müzakirələr aparılıb.

Rektor Elçin Babayev treninqlərdə “Web Of Science” platformasında axtarışın səmərəli aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarılıb tapılması kimi məsələlərin tədqiqatçılar üçün faydalı olacağını bildirib.

“Clarivate Analytics” şirkətinin nümayəndələri Valentin Boqorov və Aygün Babazadə “Web Of Science” platformasına daxil olan jurnallarda çap olunacaq məqalələrin təqdimetmə qaydaları ilə bağlı maarifləndirmə işlərinin aparılması baxımından seminarların əhəmiyyətini qeyd ediblər.

Eyni zamanda, universitetdə nəşr olunan elmi jurnalların fəaliyyətinin optimallaşdırıması və təyinatı üzrə kateqoriyalara bölünməsi, idarəetmə və təhliletmə aləti olan “İnCites” sistemindən istifadə imkanları, gələcəkdə magistratura səviyyəsində elmmetrika üzrə xüsusi ixtisaslaşmanın tədrisi, universitetdə elektron modulların tədris kurslarının tətbiqi istiqamətində də müzakirələr aparılıb.

Xatırladaq ki, ötən il “Web Of Science” bazasına daxil olan nəşrlərdə BDU alimləri tərəfindən 341 məqalə dərc etdirilib və bu məqalələrə 1735 dəfə (yalnız 2018-ci ildə dərc etdirilmiş öz-özünə (self-citation) istinadı çıxmaq şərti ilə 247 dəfə) istinad olunub.

Ümumiyyətlə, 1975-ci ildən başlayaraq “Web Of Science” bazasına daxil olan nəşrlərdə universitet alimləri tərəfindən 2725 məqalə dərc etdirilib və bu məqalələrə 9499 dəfə istinad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti