...

Lerikdə 12 şəhid ailəsinə baş çəkilib

Cəmiyyət Materials 9 Mart 2021 20:48 (UTC +04:00)
Lerikdə 12 şəhid ailəsinə baş çəkilib

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin problemləri daim diqqətdə saxlanılır. Bu məqsədlə Lerik rayon İcra Hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb. Vətən müharibəsi iştirakçısı, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunmasında iştirak edən, ehtiyyatda olan baş leytenant Rahib Şiriyev şöbənin müdiri təyin edilib.

Bu il fevralın 16-dan fəaliyyətə başlayan söbə rayondan olan şəhid ailələri və qazilərə mütəmadi baş çəkir, onların problemləri ilə maraqlanır.

Şöbə müdiri Trend-ə bildirib ki, Vətən müharibəsində Lerik rayonundan 45 nəfər şəhid olub: "Şöbə fəaliyyətə başlanandan gündəlik, fasiləsiz olaraq şəhid ailələri və qaziləri qəbul edirik, onların müraciətlərinin operativ araşdırılaraq həllinə çalışırıq. Bu günə qədər Vətən müharibəsində şəhid olan 12 nəfərin ailəsinə baş çəkmişik, 2 şəhidimizin doğum günü ilə bağlı tədbir təşkil etmişik. Bütün tədbirlərimizdə pandemiya şəraiti nəzərə alınır, qaydalara əməl edilir. Vətən müharibəsində yaralanan şəxslərin müalicəsinin təşkili. onların problemlərinin aradan qaldırılması ilə bağlı mütəmadi işlər görülür. 44 yaralının müalicəsi ilə bağlı lazım olan maddi və dəstəklər göstərmişik, hazırda proses davam edir".

R.Şiriyev qeyd edib ki, rəhbərlik etdiyi şöbə, həmçinin YAŞAT Fondu ilə də əməkdaşlıq edir: "Şəhid və qazi ailələrinin vəziyyəti ilə bağlı, həmçinin fonda da lazımi sənədlər göndərilir. Bir neçə ailəyə artıq məişət avadanlıqları və maddi yardımlar göstərilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti