...

Müəllimlərin bu fənlər üzrə vakansiya seçimi başlayır

Cəmiyyət Materials 10 Avqust 2021 10:36 (UTC +04:00)
Müəllimlərin bu fənlər üzrə vakansiya seçimi başlayır

Bakı. Elçin Mehdiyev – Trend:

10 avqust saat 15:00-dan etibarən biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti