...

Media haqqında qanun layihəsi ilə bağlı müzakirələrin yaxın zamanlarda tamamlanması gözlənilir - Əhməd İsmayılov

Cəmiyyət Materials 27 Dekabr 2021 12:09 (UTC +04:00)
Media haqqında qanun layihəsi ilə bağlı müzakirələrin yaxın zamanlarda tamamlanması gözlənilir - Əhməd İsmayılov

Bakı. Samir Əli - Trend:

Media haqqında qanun layihəsi ilə bağlı görüşlər davam edir.

Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, qanun layihəsi ilə bağlı müxtəlif müzakirələr aparılır.

"QHT-lərlə, media ekspertləri ilə görüşürük, müzakirələr aparırıq. Aydınlıq gətirilməli olan məqamlara, suallara cavab veririk. Düşünürük ki, yaxın zamanlarda işlər tamamlanacaq və yekun olaraq layihə 3-cü oxunuş üçün təqdim ediləcək," - deyə Ə.İsmayılov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti