...

Azərbaycanda daha 41 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Cəmiyyət Materials 26 Mart 2022 18:51 (UTC +04:00)
Azərbaycanda daha 41 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 41 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 641 nəfər müalicə olunaraq sağalıb, 9 679 nəfər vəfat edib. aktiv xəstə sayı 375 nəfərdir.

Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 696, bu günə qədər isə ümumilikdə 6 681 983 test icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti