...

Əqli Mülkiyyət Agentliyi "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyini akkreditasiyadan keçirib

Cəmiyyət Materials 15 Aprel 2022 17:25 (UTC +04:00)
Əqli Mülkiyyət Agentliyi "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyini akkreditasiyadan keçirib

Bakı. Trend:

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyi əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi qeydiyyatdan (akkreditasiyadan) keçmək üçün Əqli Mülkiyyət Agentliyinə müraciət etmişdir. Müraciətlə əlaqədar ictimai birlik tərəfindən təqdim olunan sənədlərin müəllif-hüquq qanunvericiliyinə uyğun şəkildə təhlil edilməsi məqsədilə Agentlikdə Akkreditasiya Komissiyası yaradılmışdır.

Bu günlədrə Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya Komissiyasının iclasında ictimai birliyin müraciətinə müsbət rəy bildirilib. Komissiyasının üzvlərinin yekdil rəyinə əsasən, "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyinin 5 (beş) il müddətinə qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi barədə qərar qəbul edilib.

Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatı (akkreditasiyası) haqqında şəhadətnamə Agentliyin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov tərəfindən "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyinin İdarə Heyətinin sədri Murad Babayevə təqdim edilib.
Qeyd edək ki, "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliynin əsas fəaliyyəti ifaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirmək və onların hüquqlarını qorumaq və təmsil etmək, o cümlədən ifalar, fonoqramlar və verilişlərin istifadəsinə görə qonorarların toplanılmasını və bölüşdürülməsini təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti